SkyGames Marketplace İstifadə Şərtləri və Alış-Satış Müqaviləsi
Son Yenilənmə Tarixi: 20.06.2026
1. Ümumi Müddəalar
Skygames.az veb saytına üzv olmaqla və ya Marketplace xidmətlərindən istifadə etməklə, istifadəçi bu müqavilənin bütün şərtlərini qəbul etmiş sayılır. SkyGames rəqəmsal məhsulların alqı-satqısı üzrə vasitəçi platformadır. Platforma yalnız escrow (vasitəçi ödəniş) xidməti göstərir və təhlükəsiz texniki infrastruktur təqdim edir.
2. Platformanın Rolu və Məsuliyyət
2.1. SkyGames alıcı və satıcı arasında vasitəçi rolunda çıxış edir; ödənişlərin təhlükəsiz saxlanması, sifariş prosesinin idarə olunması və mübahisələrin araşdırılması platformanın əsas funksiyalarıdır.
2.2. SkyGames məhsulun keyfiyyətinə, qanuniliyinə və ya istifadə nəticələrinə görə birbaşa məsuliyyət daşımır.
2.3. Bütün əməliyyatlar istifadəçilərin öz iradəsi ilə həyata keçirilir.
3. Əməliyyat və Təhlükəsizlik Qaydaları
3.1. Platformadan kənar ünsiyyət riski: Alıcı və satıcı arasında aparılan bütün yazışmalar SkyGames daxili mesajlaşma sistemi vasitəsilə həyata keçirilməlidir. Platformadan kənar (WhatsApp, Telegram, Discord, Instagram, zəng və s.) aparılan danışıqlar və razılaşmalar üzrə SkyGames məsuliyyət daşımır və bu hallarda dəstək göstərməkdən imtina edə bilər. 3.2. Sistem bildirişi olmadan təslimat: Satıcı yalnız SkyGames sistemi tərəfindən sifariş təsdiqi və bildiriş göndərildikdən sonra məhsulu təhvil verməlidir. Sistem təsdiqi olmadan həyata keçirilən təqdimatlara görə SkyGames məsuliyyət daşımır.
3.3. Yanlış təslimat məsuliyyəti: Satıcı məhsulu yalnız sifarişi verən istifadəçiyə təqdim etməlidir. Yanlış hesaba və ya yanlış istifadəçiyə edilən təslimatlara görə tam məsuliyyət satıcıya məxsusdur.
4. Alıcının Hüquq, Öhdəlik və Yoxlama Prosesi
4.1. Yoxlama öhdəliyi: Alıcı məhsulu qəbul etdikdən sonra vəziyyətini, giriş imkanlarını və digər xüsusiyyətləri yoxlamaqla məsuldur.
4.2. Avtomatik təsdiq: Alıcı əməliyyat tamamlandıqdan sonra 24 saat ərzində hər hansı etiraz bildirmədiyi halda, sifariş avtomatik olaraq "Uğurlu" hesab edilir və vəsait satıcıya köçürülür.
4.3. Hesab alış-verişləri: Hesab satışlarında alıcı sifarişi təsdiqləməzdən əvvəl hesabın giriş məlumatlarını, e-poçt ünvanını və təhlükəsizlik məlumatlarını tam nəzarətinə götürdüyündən əmin olmalıdır. Təsdiqdən sonra yaranan problemlərə görə SkyGames məsuliyyət daşımır.
4.4. Aşağıdakı hallarda geri qaytarma tələbi qəbul edilmir: hesab məlumatları təqdim edildikdə, məhsul aktivləşdirildikdə və ya alıcı istifadəyə başladıqda.
5. Satıcının Hüquq və Öhdəlikləri
5.1. Satıcı aktiv elan yerləşdirdiyi məhsulun mövcudluğunu və satış baş verdiyi halda təhvil veriləcəyini qəbul edir.
5.2. Satış baş verdikdən sonra məhsulu təhvil verməkdən imtina edilməsi qayda pozuntusudur və hesabın məhdudlaşdırılmasına səbəb ola bilər.
5.3. Satıcı elan daxilindəki məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.
6. Mübahisələr və Məsuliyyətdən İmtina
6.1. Sonrakı problemlər: SkyGames yalnız əməliyyat tamamlanana qədər vasitəçilik edir. Əməliyyatdan sonra hesabın bərpası, bloklanması, oyun şirkəti tərəfindən tətbiq edilən məhdudiyyətlər və ya tərəflər arasında yaranan mübahisələrə görə platforma məsuliyyət daşımır.
6.2. Sübut öhdəliyi: Mübahisə hallarında SkyGames ekran görüntüləri, video qeydlər və yazışmaları tələb edə bilər. Sübutları təqdim etməyən tərəfin müraciəti rədd edilir.
7. Cəza Sistemi
7.1. Marketplace qaydalarının pozulması halında SkyGames istifadəçiyə xəbərdarlıq etmək, elan yerləşdirmə hüququnu məhdudlaşdırmaq, hesabı müvəqqəti və ya daimi bloklamaq hüququna malikdir.
7.2. Satıcı reytinqi: Hər 10 uğurlu əməliyyat üçün sistem bir uğursuz əməliyyatın mənfi təsirini silmək hüququna malikdir.
7.3. Pozuntu dərəcələri:
- 1-ci pozuntu: 24 saat məhdudiyyət;
- 2-ci pozuntu: 48 saat məhdudiyyət;
- 3-cü pozuntu: 7 gün;
- 4-cü pozuntu: 30 gün.
8. Müqavilənin Dəyişdirilməsi
SkyGames bu müqaviləyə istənilən vaxt dəyişiklik etmək hüququna malikdir. Yenilənmiş qaydalar saytda dərc edildiyi andan qüvvəyə minir.
9. Əlaqə
- WhatsApp: +994 50 779 85 00
- E-poçt: support@skygames.az